Kateqoriyasız

“Görəsən nə tapşırıq olub ki, mən onu icra etməmişəm?” – “Kəpəz”in kapitanı

“Hələ ki, Tərlan müəllimlə danışmamışam. Görəsən nə tapşırıq olub ki, mən onu icra etməmişəm? Nə olubsa danışıb müzakirə edəcəyik”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Kəpəz”in əsas heyətindən “dubl”a göndərilən Əli Səmədov deyib.

Hazırda əvəzedici heyətdə oynayan Gəncə klubunun kapitanı qısa zamanda məsələnin həll olunacağına inandığını bildirib:

“Əgər Tərlan müəllim elə deyirsə deməki ki, nəsə görüb, üstündə dayanıb. Mənimlə danışanda bunları mənə deyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43