"Xəzər Lənkəran" klubunun azarkeşləri ötən gün AZAL-la matçdan öncə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror olayının 7-ci il dönümünə aid pankart hazırlayıb.
İdmanxeber.com-un məlumatına görə, lənkəranlı fanatların hazırladıqları və terroru pisləyən pankart polislər tərəfindən Şüvəlandakı stadiona buraxılmayıb. Polis pankartın tribunaya keçirilməsinə qadağa qoyub.