AZAL-ın düşərgəsinə daha bir fubolçu gəlib. Hələ qış fasiləsində baxışa dəvət olunan, ancaq sənədlə bağlı problemlər üzündən gəlişi yubanan Pinto Moreira Hardi nəhayət dünən ölkəmizə təşrif buyurub. Qeyd edək ki, Portuqaliya Respublikasının vətəndaşı olan hücumçu 1986-cı il təvəllüdlüdür. Onun son klubu Kiprin ikinci liqa təmsilçisi “Omonia Aradipou” olub. Sonda onu da deyək ki, Pinto məşqçilər korpusu tərəfindən baxışdan keçirildikdən sonra onun haqda yekun qərar veriləcək. (klub saytı)
Portuqaliyalı futbolçu AZAL-da
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43