13 İyul 2026
Dünya futbolu

Premyer Liqa: baş məşqçilər yarışır

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçi mükafatına namizədlərin adlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən titul uğrunda Mikel Arteta (“Arsenal”), Pep Qvardiola (“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), David Moyes (“Vest Hem”) və Anj Postekoqlou (“Tottenhem”) mübarizə aparır.

Qalibin adı sentyabrın 11-dək davam edəcək səsvermə başa çatdıqdan sonra açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43