Dünya futbolu

Premyer Liqa klubu baş məşqçini göndərdi

İngiltərə Premyer Liqa təmsilçisi “Lids” baş məşqçi Cessi Marşla yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda uğursuz gedişatın ardından ABŞ-lı mütəxəssislə vidalaşıb. Son 7 oyunu qazana bilməyən komandada baş məşqçi ilə bərabər onun köməkçiləri də göndərilib.

“Lids” hazırda Premyer Liqada 17-ci sırada qərarlaşıb.

Xatırladaq ki, Marş daha öncə “Zalsburq” və “Leypsiq” kimi klubların baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43