Kateqoriyasız

Muslera zədələndi – “Qalatasaray” onu gətirir?

“Qalatasaray” “Trabzonspor” oyununda zədələnən Fernando Musleranın yerinə qapıçı axtarır.

İdmanxeber.az “Fotomac”a istinadən xəbər verir ki, İstanbul klubu “Barselona”nın qoliperi İnaki Penanı gündəminə alıb. Ötən mövsümün ikinci yarısını “”sarı-qırmızılar”da keçirən oyunçunun performansı böyük rəğbət qazanmışdı.

“Barselona”da forma şansı qazana bilməyən Penanın komandadan ayrılma ehtimalının yüksək olduğu bildirilir. O, cari mövsüm Kataloniya təmsilçisinin heyətində 3 oyunda çıxış edib və 5 qol buraxıb.

İspaniyalı qapıçı ötən mövsüm “Qalatasaray”ın heyətində 8 matçda forma geyinib və qapısında 11 qol görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43