Ölkə futbolu

Premyer Liqada 100-cü oyun

Misli Premyer Liqasının XX turu “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Onun yubileyi “Sabah”la ev görüşümə (0:3) təsadüf edib.

Start heyətində meydana çıxan forvard indiyədək Premyer Liqada 17 qola imza atıb.

“Qəbələ”nin yetirməsi olan Ülvi iki klubun heyətində çıxış edib. “Qəbələ”də 82 matçda meydana çıxan hücumçu 14 qola imza atıb. “Sumqayıt”da 18 oyun keçirən İsgəndərov 3 dəfə fərqlənib.

Qeyd edək ki, futbolçunun Premyer Liqada debütü 2017/18 mövsümündə gerçəkləşib.  O, 2018-ci il fevralın 10-da “Sumqayıt”ın heyətində “Zirə”yə qarşı matçda (1:1) meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43