Dünya futbolu

Premyer Liqada martın ən yaxşıları bəlli olub

“Fulhem”in hücumçusu Rodriqo Munis İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az məlumat verir ki, braziliyalı forvard ötən ay Premyer Liqada meydana çıxdığı 4 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan Munis 2021-ci ildən “Fulhem”də çıxış edir.

“Bornmut”a rəhbərlik edin Andoni İraola isə mart ayının ən yaxşı məşqçisi elan edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43