Ölkə futbolu

Premyer Liqamızda oyunların vaxtı açıqlandı

Topaz Premyer Liqasının 25-ci turunun oyunların vaxtı açıqlanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

18 aprel (cümə axşamı)

“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 16:45

“Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

19 aprel (cümə)

“Qəbələ” – “Zirə”
Qəbəl şəhər stadionu, 16:00

“Sabah” – “Neftçi”
“Əlincə Arena”, 18:30


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43