“Barselona”nın müdafiəçisi Karles Puyol Kataloniya klubu ilə yollarını ayırmağa hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, futbolçu karyerasını bitirmək fikrinə düşüb və bu barədə rəhbərliyə müraciət edib.
Üzün müddətdir diz qapağındakı zədədən əziyyət çəkən təcrübəli müdafiəçi bu haqda “El Mundo Deportivo”ya açıqlama verib: “Barselona” elə bir klubdu ki, burda çıxış etmək hamı üçün şərəfdi. Ancaq hazırkı vəziyyətdə fiziki yüklənmələri nəzərə alsaq, mənim üçün ən yaxşısı mövsüm başa çatan kimi futbolla vidalaşmaqdı”.