Topaz Premyer Liqanın 12-ci turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.
İdmanxeber.az-ın PFL-in sayına istinadən yaydığı xəbərə görə, “InStat Sport”un təhlilinə əsasən “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyi turun ən yaxşısı seçilib.
Nigeriyalı futbolçu “Keşlə”yə qalib gəldikləri oyunda (2:1) ilk qolun müəllifi olub.