“Qəbələ”nin Antalyada keçirəcəyi təlim-məşq toplanışındakı qarşılaşacağı 2 rəqibi məlum olub.
İdmanxeber.as xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda “Boreç” (Şimali Makedoniya) və “Bohemians”la (Çexiya) matçda qüvvəsini sınayacaq.
“Qəbələ”nin Şimali Makedoniya klubu ilə oyunu yanvarın 20-də, çexlərlə oyunu isə 4 gün sonraya planlaşdırılıb.
Hazırda Premyer Liqada 2-ci pillədə olan komandanın yanvarın 17-də qarşılaşacağı rəqibi isə hələ ki, məlum deyil.