Türkiyənin "Qalatasaray" klubu yoldaşlıq görüşündə İtaliya "Udinize"si ilə üz-üzə gəlib.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşma yarıdan dayandırılıb.
Belə ki, baş hakim oyunun ilk hissəsində "sarı-qırmızılı" azarkeşlərin meydana səs bombası və protexniki maddələr atmasına görə oyunu dayandırıb.
Xatırladaq ki “cimbom”un baş məşqçisi Hamza Hamzaoğlu 34-cü dəqiqədə komandasını meydandan çıxarıb. Bununlada görüş yekunlaşıb.