“Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib.
İstanbul təmsilçisinin hücumçusu Florin Andone sıradan çıxıb. O, Super Liqanın 11-ci turunda keçirilən “Qaziantep”lə oyunda zədələnib.
Futbolçunun sağ diz bağlarında yırtıq aşkarlanıb. Onun 10-12 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.