Dünən baş tutan “Qalatasaray” -“Beşiktaş” (1-0) oyununda maraqlı hadisə yaşanıb.
Oyunun 53-cü dəqiqəsində top “Qalatasaray”ın futbolçusu Semih Kayadan meydandan çıxır. Hakim Cüneyt Çakır isə qapıdan zərbə qərarını verir. Bundan sonra “Qalatasaray”lı futbolçu hakimə yaxınlaşaraq, topun ondan çıxdığını bildirir və hakim küncdən zərbə təyin edir.