Premyer Liqada V turun statistik göstəriciləri açıqlanıb. "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim elədiyi analitik məlumatlara əsasən, turun rəmzi yığması aşağıdakı kimidi:
Qapıçı: Cahangir Həsənzadə (AZAL)
Müdafiəçilər: Aleksandr Şemonayev (AZAL), Rəşad Sadıqov (Qarabağ), Oskars Klava (AZAL), Branislav Arsenyeviç (AZAL)
Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL), Lorenzo Ebesilio (Qəbələ), Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı)
Hücumçular: Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq)
Bu tur topa ən çox sahib olan komanda "Qarabağ", ən çox hücum təşkil edən isə "Xəzər Lənkəran" olub. Ağdam təmsilçisi, həm də dəqiq ötürmələrin sayında liderdi. "Rəvan" futbolçuları 9 dəfə oyundan kənar vəziyyətə düşüblər.
Təkbətək mübarizələrdə "Qəbələ" futbolçuları daha yaxşı nəticə göstəriblər. "Sumqayıt" isə bu tur ən çox top itkisinə yol verən komandadı.
Turun ən yaxşı oyunçusu "Bakı"nın hücumçusu Rauf Əliyevdir. "Qarabağ"ın gənc müdafiəçisi Bədavi Hüseynov isə dəqiq ötürmələrin sayında fərqlənib. "Qəbələ"li Lorenzo Ebesilio ən çox driblinq edən, komanda yoldaşı Rail Məlikov isə rəqibdən ən çox top alan futbolçudu.