“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Bazel”lə keçirəcəyi matça bilet satışı davam edir.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyədək sözügedən qarşılaşmaya 11 min bilet satılıb.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib.
Qeyd edək ki, sabah oynanılacaq matç saat 20:45-də başlayacaq.