Kateqoriyasız

“Qarabağ” da növbəti müqavilə

“Qarabağ” futbolçusu Elvin Cəfərquliyevin müqaviləsini uzadıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir.

Elvin Cəfərquliyev bu mövsüm “Qarabağ”da keçirdiyi 32 oyunda 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Ağdam klubu kapitan Maksim Medvedev və digər müdafiəçi Bədavi Hüseynovla da müqaviləni yeniləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43