Kateqoriyasız

Türkiyə – Azərbaycan matçının hakimləri açıqlandı

Sabah Alanyada keçiriləcək Türkiyə – Azərbaycan yoldaşlıq oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, matçı Kosovodan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Genc Nuza olacaq. Ona Fatlum Berişa ve Bujar Selimaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Visar Kastrati yerinə yetirəcək.

Qeyd edək ki, Alanyadakı Oba stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43