Kateqoriyasız

“Qarabağ” – “Dnepr” oyununa nə qədər bilet satışa çıxarılacaq?

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu üçün 30.900 bilet satışa çıxarılacaq.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. 

Ağdam klubunun rəsmisi bildirib ki, biletlər noyabrın 3-də satışa çıxarılacaq. 

Qeyd edək ki, “Qarabağ” – “Dnepr” oyunu oktyabrın 6-da, saat 21:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43