Dünya futbolu

“Qarabağ” gerilədi – digər klublarımız neçəncidir?

Klubların yeni dünya reytinqi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görəz ilk “100”lükdə bir klubumuz qərarlaşıb. Belə ki, avrokuboklarda uğurlu çıxış edən “Qarabag” hazırda 69-cu pillədədi. Ağdam klubu ötən ayla müqayisədə 3 pillə geriləyib.

“Köhlən atlar” 84,1 reytinq xalına malikdir.

Digər klublarımız – “Neftçi” (77,0) 244-cü, “Sabah” (75,5) 307-ci, “Zirə” (71,9) 615-ci, “Qəbələ” (71,7) 628-ci, “Turan Tovuz” (68,7) 992-ci, “Sumqayıt” (65,6) 1514-cü, “Şamaxı” (65,4) 1556-cı, “Kəpəz” (65,0) 1651-ci, “Səbail” (64,6) isə 1731-ci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43