Kateqoriyasız

“Qarabağ” “Marsel”i UEFA-ya şikayət edəcək

“Qarabağ” Fransada “Marsel”ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib.

Bu barədə “report”a Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi tribunadakı təxribat xarakterli bannerin qısa müddətdə stüardların müdaxiləsindən sonra yığışdırıldığını bildirib:

“Tribunada Ermənistan bayraqları da var idi. Onlar çirkin əməllərindən geri qalmırlar. Biz bununla bağlı əvvəlcədən “Marsel”ə və Avropa futbol qurumuna məlumat vermişdik.

Stüardların müdaxiləsindən sonra bayraqlar da götürüldü. Matçdan sonra UEFA nümayəndəsinə və yerli kluba şifahi şəkildə etirazımızı bildirdik. Yazılı şikayətimizi isə yaxın günlərdə edəcəyik”.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasındakı cavab matçı fevralın 24-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43