Portuqaliyanın “Vitoriya” (Qimaraynş) klubunun hücumçusu Abdul-Əziz Yakubu karyerasını Azərbaycanda davam etdirəcək.
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Qanalı futbolçu Türkiyənin “Samsunspor” klubundan da təklif alıb, ancaq Azərbaycan təmsilçisinin müqavilə şərtləri daha sərfəli olub. Bu səbəbdən də 22 yaşlı forvard Azərbaycana gəlməyi seçib. Onun yeni klubunun “Qarabağ” olacağı bildirilir.
Yakubu ötən mövsüm icarə əsasında “Eştoril”də çıxış edib və 34 oyunda 15 qol vurmaqla komandanın Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olub. Yakubunun “Transfermarkt”da dəyəri 700 min avrodu.