Ölkə futbolu

“Qarabağ”dan heç-heçə, “Neftçi” “Zirə”yə məğlub oldu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” sonuncu pillədə qərarlaşan “Qəbələ”ni qəbul edib. Oyun 2:2 hesabı ilə sona çatıb.

Günün digər matçı isə ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacib idi.  “Neftçi” “Zirə”nin qonağı olub. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda hesab 1:1 ikən 10 nəfərlə qalmasına baxmayaraq, daha 2 qol vuraraq 3:1 hesablı qələbə qazanıb. Bu qalibiyyətlə xalını 49-a yüksəldən “Zirə” turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

20 aprel (şənbə)

19:00. “Zirə” – “Neftçi” – 3:1 

Qol: Emin Mahmudov, 19-pen. (0:1), Rəhim Sadıxov, 43 (1:1), Fuadd Bayramov, 78 (2:1), Vladislav Kulaç, 85 (3:1)

16:30. “Qarabağ” – “Qəbələ” 2:2

Qol:Bilel Auşeriya, 19 (0:1), Yassin Benzia, 66 (1:1), Abdullah Zubir, (1:2), 71 (2:1), Akokpo, 85 (2:2)
Hakimlər: 
Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: 
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43