Ölkə futbolu

Qurban Qurbanov: “Bir neçə mövqe səhvlərinə yol verdik”

“Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandan faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. “Qəbələ”yə uğurlar arzulayıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” oyunu barədə danışarkən deyib. O, qarşıdakı “Sumqayıt” matçından da söz açıb:

“Sumqayıtda oynamaq həmişə xoş olub. “Sumqayıt” çox yaxşı oyun göstərir. Maraqlı oyun olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq”.

Təcrübəli mütəxəssis adının davamlı “Beşiktaş”la hallanmasına münasibət bildirib:

“Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43