Ölkə futbolu

Kaxaber Tsxadadze: “Qarşıda bizi “Kəpəz”lə ilin oyunu gözləyir”

“Qəbələ” Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Qarabağ”la 2:2 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Pozitiv məqam odur ki, bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Nəzərə alaq ki, rəqibimiz “Qarabağ” idi. Hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik. Bu da pozitiv məqamdır. “Qarabağ”a qarşı oynamaq çətindir. Futbolçularımız bəzi səhvlər etdilər. Bu da bu günün neqativ tərəfidir. Sadə səhvlərdən top itirirdik. Qarşıda bizi “Kəpəz”lə ilin oyunu gözləyir. Bütün fikrimizi həmin matça yönəltməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43