Ölkə futbolu

“Qarabağ” “Qəbələ” ilə oyun öncəsi bu xəbərə sevindi – AÇIQLAMA

Dünən Premyer Liqanın XI turu çərçivəsində Lənkəranda “Xəzər Lənkəran”la matçda zədələnərək meydanı tərk edən Bədavi Hüseynovun vəziyyətinə aydınlıəq gətirməyə çalışdıq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov idmanxeber.com saytına verdiyi açıqlamada Hüseynovun zədəsinin ciddi olmadığını bildirib:

“Bədavi oyunun 79-cı dəqiqəsində məcburi əvəzlənərək yerini İlqar Qurbanova buraxmışdı. Ancaq futbolçumuzun zədəsi ciddi deyil və Bədavi qarşıdakı turda, “Qəbələ” ilə oyunda meydana çıxa biləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43