Dünya futbolu

ŞOK İDDİA!: Beyl “Real”dan gedir

“Real”ın “Tottenhem”dən 100 milyona transfer etdiyi Qaret Beyl yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Britaniyanın “The Sunday Times” qəzetinin yaydığı xəbərə görə, “El Klassiko”da göstərdiyi bərbad oyunu ilə məşqçilər korpusunu məyus edən uelsli futbolçu, müqayisədə “Barselona”da çıxış edən Neymardan geri qalır. Beylin “Mançester Yunayted”ə keçidi gündəmdədir.

Mənbədə bundan əlavə qeyd olunur ki, Kral klubunun prezidenti Florentino Perez yarımmüdafiəçinin komandadan ayrılmasına razıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43