Premyer Liqanın XXX turunda "Rəvan"la qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarına başlayıb. Komanda bu günü tək çalışmayla keçirəcək.
Sonuncu turdakı AZAL qalibiyyətindən sonra (2:0) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov dünəni komandaya istirahət vermişdi.
Bu gündən isə komanda "Rəvan"la oyunun hazırlıqlarına start verəcək.
Qarabağ"ın məşqi saat 17:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.
"Qarabağ" -"Rəvan" oyunu aprelin 12-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.