Kateqoriyasız

“Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu seçimini etdi

Qazaxıstan millisinin futbolçusu Nurali Alip icarə əsasında çıxış etdiyi Rusiya “Zenit”ində qalıb.

İdmanxeber.az-ın məlumatına görə, bir müddət öncə adı “Qarabağ” və “Neftçi” ilə çəkilən Sankt-Peterburq təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi ilə 2,5+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Nurali Alip bunadək müqavilə ilə Qazaxıstan “Kayrat”ına məxsus idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43