Ölkə futbolu

“Qarabağ”a qarşı belə oyun göstərməyi çoxdan istəyirdik” – Emin Mahmudov

“Bu cür oyun göstərməyi çoxdan istəyirdik. “Qarabağ”la sonuncu görüşlərimiz yaxşı alınmamışdı. Bu oyunda çalışdıq ki, istəkli və aqressiv oyun sərgiləyək. Prerssinqlə rəqibə təzyiq etmək fikrimiz var idi. Bəzən alınırdı, bəzən də səhvlərimiz oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov klub kanalına “Qarabağ” görüşü barədə açıqlama verərkən deyib. O, matçdakı bir epizodda akrobatik zərbə ilə topu qapıdan keçirmək istəyini belə şərh edib:

“Belə zərbələri çox sevirəm. Məşqlərdə buna çalışıram. Düzdür, akrobatiklik alınsa da, qapı başqa tərəfdə olduğu üçün qol olmadı (gülür). Topu alan kimi dərhal belə vurmağı qərar verdim”.

Təcrübəli futbolçu Ataa Caberin zədələnməsinə də münasibət bildirib. O, həmin vəziyyətdə çox qorxduğunu etiraf edib:

“Açığı, çox qordum. İlk baxdığımda sümük görünürdü. Sanki ayağı sınmışdı. Bu səbəbdən də pis olduq. Oyunda bizə çox xeyir verirdi. Onu itirəndən sonra görüş bizim üçün daha çətin keçdi. Nə yaxşı ki, ayağı sınmayıb”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43