Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasında çıxış edən “Qarabağ”la “Qəbələ”nin bu turnirin pley-off mərhələsi çərçivəsində İsveçrənin “Yanq Boyz” və Yunanıstanın “Panatinaikos” klubunu keçmək şanslarından danışıb.
İdmanxeber.com-un məlumatına görə, azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Fikrimcə, hər iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq. Mənə elə gəlir ki, “Qarabağ”a “Qəbələ” ilə müqayisədə daha çətin olacaq. Yeri gəlmişkən, çox istəyərdim ki, “Qəbələ” də öz ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirsin”.