Kateqoriyasız

“Qarabağ”da CİDDİ İTKİLƏR

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ” ciddi itkilərlə üzləşib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələnin ilk matçında Kadi Borges və Riçard Almeydanın xidmətindən istifadə edə bilməyəcək.

​Hər iki futbolçu “Sürix”lə cavab matçında (2:2) sayca üçüncü vərəqə ilə cəzalandırıldıqlarına görə oynamayacaq.

Bundan başqa, zədələnərək oyunu tərk edən Kevin Medina və Maksim Medvedevin durumu sual olaraq qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43