İdman

“Qarabağ”dan Ndlovunun Çin klubuna keçidi məsələsinə RƏSMİ cavab

“Qarabağ”ın futbolçusu Dino Ndlovuyla“Hançjou Qrintaun” klubunun maraqlanması xəbərinə “Qarabağ”dan rəsmi açıqlama gəlib.

İdmanxeber.com-un əməkdaşı ilə söhbətində Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovCənubi Afrikalı hücumçunun başqa kluba keçidi haqda bunları dedi:

“Məşhur futbolçular haqda hər zaman nəsə yazırlar. Ancaq reallıq odu ki, Ndlovunun bizimlə 2018-ci ilin sonuna qədər müqaviləsi var və o bizim oyunçumuzdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43