Kateqoriyasız

“Qarabağ”dan TARİXİ UĞUR

“Qarabağ” futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

İdmanxeber.az-ın məlumatına görə, buna H qrupunun digər oyununda İsveçrənin “Bazel” komandasının Kiprdə “Omoniya” ilə heç-heçə etməsi səbəb olub.

“Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Avropa Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43