“Qarabağ” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun kapitanı Rəşad Sadıqov məşq zamanı sıradan çıxıb. Hazırda milli komandanın düşərgəsində olan kapitan Sadıqovun məşq zamanı əzələsi dartılıb. Həkimlərin ilkin diaqnozuna görə, kapitan 2 həftə oynamayacaq.
Onun “Tottenhem”lə matçda oynayıb-oynamayacağı sual altındadı.