28 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ın aparıcı üzvü: “Rusiyanın Azərbaycana təsiri böyükdür”

“Qarabağ”ın futbolçusu Riçard Almeyda məşhur ESPN nəşrinə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı üzvü bunları deyib:

“Çoxları Azərbaycan çempionatını tanımır. Ancaq mən şan-şöhrət axtarmıram. Sadəcə, ailəmə kömək etməyə çalışıram. Azərbaycan Premyer Liqası güclü olmaya bilər, amma maliyyə durumu yaxşı vəziyyətdədir.

Azərbaycan gözəl ölkədir, paytaxt Bakı bir növ Dubayı xatırladır. Kluba böyük maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu və çox yaxşı məşq meydançası var.

“Qarabağ”ın ev oyunlarını təmsil etdiyi Ağdam şəhərində deyil, Bakıda keçirməsinə də münasibət bildirən braziliyalı futbolçu deyib: “Müharibə “Qarabağ”a da təsir edib. Bu barədə mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gəlir, nə biz oraya gedə bilirik. Müharibə hər zaman ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birinə nifrət edir”.

“Rusiyanın bu ölkəyə təsiri böyükdür. Lakin Azərbaycanda müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz alkoqollara rast gələ bilmərsiniz. Ümumiyyətlə, qadınlar nadir hallarda evdən çölə tək çıxırlar. Onları hər zaman yaxınları müşaiyət edir. Ailəm, həyat yoldaşım buranı çox sevir. Əlbəttə, mənim arzum daha güclü çempionatlarda oynamaqdır. Ancaq bu baş verməsə, “Qarabağ”da qalmaq istəyirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43