28 Noyabr 2023
Kateqoriyasız

“Qarabağ”ın Avroliqadakı rəqibindən növbəti transfer

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Ayntraxt" növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Frankfurt təmsilçisi Çexiyanın 21 yaşlılardan ibarət milli komandasının üzvü Vaclav Kadleci heyətinə qatıb. 

Çexiyanın "Sparta Praqa" klubundan heyətə cəlb olunan 199-ci ilə təvəllüdlü Kadlec Praqa klubunda meydana çıxdığı 111 oyunda 32 qola imza atıb.

Gənc hücumçu bundan öncə "Bohemians" forması geyinmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43