Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan “Dnepr” Ukrayna çempionatında növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Dnepropetrovsk təmsilçisi V tur çərçivəsində öz meydanında “Vorskla” ilə qarşılaşıb.
Matç heç-heçə yekunlaşınca “Dnepr” yeni mövsümdə ilk xal itkisi ilə üzləşib.
Qeyd edək ki, “Dnepr” hazırda 13 xalla ikinci pillədə qərarlaşıb.