Avropa Liqasının qrup mərhələsinin II turundadan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
“Qarabağ”ın Lüksemburqda “Düdelanj”a qalib gəlməsi Azərbaycanın xalını artırıb. Ağdam klubunun 4:1 hesablı qələbəsi ölkəmizə 0,500 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 2,875-ə yüksəldib. Ölkəmiz 17.750 xalla 26-cı pillədə qalıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,250 xal olub.
Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 18.750 xalı var.