20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın “Braqa”nı məğlub etməsi təəccüblü deyil” – portuqaliyalı oyunçu

“Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriges “Qarabağ”ın Avropa Liqası pley-off mərhələsində “Braqa”nı məğlub etməsinə münasibət bildirib.

Bu barədə İdmanxeber.az saytına danışan təcrübəli qolkiper Ağdam təmsilçisinin qələbəsini belə şərh edib:

“Başqalarını deyə bilmərəm, amma mənim üçün “Qarabağ”ın “Braqa”nı məğlub etməsi təəccüblü deyil. Çünki bu komandanın gücünə, səviyyəsinə bələdəm. Onları yaxşı tanıyıram.

Portuqaliyada necə oynadıqlarını hər kəs gördü. Cavab qarşılaşmasında nələr baş verəcəyini demək çətindir. Məncə, Bakıda fərqli oyun olacaq. Amma “Qarabağ”ın çox yaxşı üstünlüyü var”.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü fevralın 22-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43