Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha bir potensial rəqibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Latviya çempionu “Ventspils” Ağdam klubunun potensial rəqibi olub.
Bununlada “Qarabağ”ın potensial rəqiblərinin sayı 17-yə çatıb.
Səpələnməmişlər
“Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq), “Milsami” (Moldova), “Trençin” (Slovakiya), Monteneqro çempionları, I təsnifat mərhələsinin 3 qalibi
Qeyri-müəyyənlər
“Skenderbeu” (Albaniya), Rumıniya, Polşa, Bosniya və Herseqovina çempionları, I təsnifat mərhələsinin 1 qalibi
Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. Təmsilçimiz ilk oyununu iyulun 14-15-də, cavab matçını 21-22-də keçirəcək.