“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Alharbi Əl Jadeyaoui zədələnərək sıradan çıxıb.
Mərəkeşli futbolçu komandanın son məşqində zədələnib. Sağ ayaq topuğundan zədələnən futbolçunun ayağı sarğıya qoyulub. Onun gələn ayın ortalarına sıraya dönəcəyi ehtimal edilir. Bu isə o deməkdir ki, Alharbi Avropa Liqasının qrup mərhələsində noyabrın 26-da “Tottenhem”lə, dekabrın 10-da isə “Anderlext”lə keçiriləcək oyunu buraxacaq.
Qeyd edək ki, daha öncə “Qarabağ”da Reynaldo Silva və Rəşad Sadıqov zədələnərək sıradan çıxıb.