Kateqoriyasız

“Qarabağ”ın futbolçusu uzun fasilədən sonra yaşıl meydanlarda (FOTO)

Xəbər verdiyimiz kimi, Premyer Liqada yaranmış fasilədən istifadə edən “Qarabağ” yoxlama matçında “Rəvan”la qarşılaşır.

İdmanxeber.com-un məlumatına görə, hazırda da davam edən matçın 2-ci hissəsində Ağdam klubunun heyətində uzun müddətdir zədədən əziyyət çəkən Namiq Ələsgərov meydana daxil olub.

Qeyd edək ki, Ələsgərov AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-i keçirilən Azərbaycan – Malta (2:0) matçında zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43