Kateqoriyasız

“Qarabağ”ın futbolçusunun qaşı partladı

“Qarabağ” Premyer Liqanın 20-ci turunda “Keşlə”ni səfərdə 2:0 hesabı ilə məğlub edib.

Ağdam klubunun futbolçusu Xayme Romero qarşılaşmada xəsarət alıb. İspan futbolçunun rəqiblə mübarizə zamanı qaşı partlayıb.

29 yaşlı oyunçu son durumunu sosial şəbəkədə paylaşıb. “Üzümə toxundular, görək, nə edəcəm. Hazırkı vəziyyət”, – deyə vinger qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43