Kateqoriyasız

“Qarabağ”ın keçmiş futbolçusu “Əlincə”nin baş məşqçisi təyin olundu

“Əlincə”nin U-17 komandasının yeni baş məşqçisi müəyyənləşib. 

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Vasif Haqverdiyev təyin edilib. 

Ötən mövsüm “İnter”in U-19 komandasını çalışdıran 37 yaşlı mütəxəssis bu komanda ilə U-19 Liqasını 7-ci yerdə başa vurub. Haqverdiyev futbolçu kimi “Turan” , “İnter” , MKT-Araz”, “Qarabağ”, “Olimpik” və “Kəpəz”in şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43