Kateqoriyasız

Millimizin sabiq üzvü Almaniya klubuna qol vurdu

Azərbaycan yığmasının sabiq hücümçusu Rüfət Dadaşov özünə klub tapa bilmir.

İdmanxeber.com-un məlumatına görə, bir neçə klubun düşərgəsində baxışdan olan hücumçumuz hələ ki, bu komandaların heç biri ilə müqavilə bağlaya bilməyib.

O,  “Şportfroynde Lotte”nin heyətində Rumıniya “Panduri”si ilə yoxlama oyununda (0:3) iştirak edib. Start heyətində yer alan Dadaşov 90 dəqiqə meydanda olub.  

Almaniyanın “Germaniya Halberştadt” klubunda da  baxışda olan futbolçumuz komandanın yoldaşlıq görüşündə start heyətində yer alıb. “Vesterhauzen”lə qarşılaşmada isə rəqibin qapsına yol tapmağı bacarıb.

Qeyd edək ki,  oyun “Germaniya Halberştadt”-“Vesterhauzen” 5:1 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43