Dünya futbolu

“Atalanta”nın baş məşqçisi hamını qabaqladı

İtaliya A seriyasında may ayının ən yaxşı baş məşqçisi Can Pyero Qasperini seçilib.

İdmanxeber.az-ın məlumatına görə, “Atalanta”nın çalışdırıcısı bu ayda keçirdiyi 3 görüşün hamısından qalib ayrılıb.

Komanda A Seriyasında 66 xalla 5-ci pillədə qərarlaşıb.

“Atalanta” mayın 22-də “Bayer”i məğlub edərək, Avropa Liqasının qalibi olub 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43