Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Dudelanj” – “Qarabağ” matçında təxribat törədilib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu hesabı 0:2-yə çatdırdıqdan sonra meydana dron aparatı ilə qondarma dağlıq Qarabağ respublikasının bayrağı peyda olub. Bu zaman “Qarabağ”ın bütün futbolçuları həmin bayrağı aşağı salmağa çalışsa da, bu mümkün olmayıb. Bu zaman görüşün baş hakimi matçı yarımçıq dayandırıb.