Xəbər verdiyimiz kimi, “Qarabağ” Konfras Liqasında pley-off mərhələsinə yüksəlib və dekabrın 13-də atılacaq püşkatmanı gözləyir.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi bu mərhələdə KL-in qrup 2-cisi kimi “səpələnmişlər” səbətində yer alacaq və “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), “Lester” (İngiltərə), “Sparta” (Çexiya), PSV (Niderland), “Marsel” (Fransa), “Midtulland” (Danimarka), “Rapid” (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq.
Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.